“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində onlayn görüş təşkil olunub.

Avropa İttifaqının dəstəklədiyi, Bakı Biznes Universitetinin koordinatoru olduğu “ERASMUS+ KA2” proqramı çərçivəsində “Rektorlar konfransının yaradılması” (EQAR) layihəsi çərçivəsində onlayn görüş təşkil olunub. Görüşə yerli və əcnəbi universitetlərin əməkdaşları qatılıb.

Görüşün keçirilməsində əsas məqsəd layihə çərçivəsində icrası planlaşdırılan tapşırıqların bölüşdürülməsi, həyata keçirilməsi və layihəyə uyğun mühüm sənədlərin hazırlanma qaydasının müzakirəsi olub. Tədbirdə layihənin gedişatına dair məlumatla yanaşı, növbəti mərhələdə icrası planlaşdırılan işlərdən də bəhs edilib.

Onlayn tədbirdə layihə iştirakçıları görüləcək işlərdən söz açıblar, layihənin təhsil sahəsində müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.