FRANSA REKTORLAR KONFRANSININ TƏCRÜBƏSİ ÖYRƏNİLİR

Təlimin ikinci günündə Fransa Rektorlar Konfransının Təsis qanunvericiliyi haqqında əhatəli təqdimat edilmişdir.CPU təmsilçisi xanım Marion Poutrel Konfransın yaranma tarixi və indiyə qədər qanunvericiliyində edilmiş mühüm dəyişiklikləri şərh etmişdir. Daha sonra CPU prorektoru xanım Emmanuelle Garnier Fransa Rektorlar Konfransına daxıl olan komissiyalar, katiblik və daimi işçi heyyəti haqqında əhatəli məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdır. Günün ikinci yarısında xanım Marion Poutrel CPU üzvlükqaydaları, maliyyə və büdcə məslələrinə dair təqdimat etmiş və daha sonra yekun olaraq sual cavab formatında Azərbaycan Nümayəndə heyətinin sualları cavablandırılmışdır.