ERASMUS+ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ BAKI BİZNES UNİVERSİTETİNDƏ AZƏRBAYCAN HR İNSTİTUTUNUN DƏSTƏYİ İLƏ “STRATEJİ PLANLAŞDIRMA VƏ İDARƏETMƏ” ADLI TƏLIM BAŞ TUTMUŞDUR

08-09 fevral 2022-ci il tarixində Bakı Biznes Univeristetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində  Bakı Biznes Universitetində Azərbaycan HR İnstitutunun dəstəyi ilə “Strateji planlaşdırma və idarəetmə” adlı 2 günlük təlim baş tutmuşdur. Təlimdə layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin prorektorları və digər rəhbər şəxsləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof İbad Abbasov qonaqları salamlayaraq layihə çərçivəsində görülən işlərdən, həmçinin keçiriləcək təlimin faydalarından söz açdı və bütün iştirakçılara uğurlar arzu etdi. Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri cənab Nicat Məmmədli çıxış edərək ali təhsil müəssisələrinin nümayəndələrini salamladı, strateji planlaşdırma və idarəetmənin mövzusunun ali təhsil müəssiələrinin səmərəli idarə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Daha sonra idarəetmə üzrə beynəlxalq təhsil və təcrübəyə malik, peşəkar təlimçi Nazim Əliyev iştirakçılarla tanışlıqdan sonra təlimin proqramı barədə iştirakçılara ətraflı məlumat verdi. Təlimin ilk günündə strateji planlaşdırmanın əhəmiyyəti, planlaşdırmanın üsulları və metodları, maraqlı tərəflərin prosesə cəlb edilməsi, missiya, vizyon və dəyərlərin müəyyən edilməsi, ali təhsil müəssisəsinin güclü, zəif tərəflərinin,  mövcud imkan və təhlükələrinin təhlili, əsas fəaliyyət göstəricilərin müəyyənləşdirilməsi, büdcənin hazırlanması kimi məsələlər əhatə edilmişdir. Təlimin növbəti günündə performansın idarə edilməsinin müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nail olmaq üçün çevik (agile) idarəetmə yanaşması, onun əsas prinsipləri, eləcə risklərin təhlili, idarəedilməsi ilə barədə biliklər verilmişdir. Eyni zamanda təlimin ikinci günüdə iştirakçılar strateji planlaşdırma üzrə komandalar şəklində təqdimat aparmışlar. Yekunda tədbir iştirakçıları rektor i.e.d.,prof İbad Abbasovun iştirakı ilə setitifikat və hədiyyələrlə təltif olunmuşdur.