Bakı Biznes Universitetində komitə görüşü keçirilib

Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması (ECAR) Layihəsi” çərçivəsində pilot olaraq yaradılmış Elmi Komitənin iclası keçirilib.
Elmi Komitənin fəaliyyət hesabatı dinlənilmiş və komitəyə səs vermə yolu ilə yeni komitə sədri seçilmişdir.
21.02.2024