ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədrinin müavini

Dosent, Elvin Əliyev bakalavr təhsilini Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetində almış və 2010 – cu ildə Univesitetin Biologiya bölümündən fərqlənmə ilə məzun olmuşdur. Həmin il Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakultəsinə daxil olmuş və 2012 – ci ildə Tibbi biokimya ixtisası üzrə “Qalxanabənzər vəzi (Tiroid) xəstəliyi” mövzusunda magistratura işini müdafiə etmişdir. 2012 – ci ildə Atatürk Üniversiteti Tibb Fakultəsinin doktorantura pilləsinə daxil olmuş və 2015 – ci ildə Tibbi biokimya ixtisası üzrə “İnsan bədxassəli xərçəng xəstəliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Fəlsəfə Doktoru (Ph.D) alimlik elmi dərəcəsi almışdır. Uzun müddət Türkiyə Respublikasının Universitet və xəstəxanalarında ixtisası üzrə fəaliyyət göstərmiş, Atatürk Üniversiteti Tibb Fakultəsi Tibbi Biokimya kafedrasında teorik və pratik dərslər tədris etmiş və bir çox Elmi-Tətqiqat layihələrində çalışmışdır.
Elvin Əliyev 2015-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb mərkəzində, Milli Elmlər Akademiyası Genetika İnstitutunda ilk dəfə yaradılan İnsan genetikası bölməsinin rəhbəri vəzifələrində, 2016-cı ildən etibarən Lənkəran Dövlət Üniversitetinin Elmi Katibi, Elm şöbəsinin müdiri, kafedra müdiri, Tədqiqat işləri və innovasiya üzrə prorektor vəzifələrində çalışmışdır. Beynəlxalq və Respublika səviyyəli bir sıra jurnallarda nəşr olunan elmi əsərlərin müəllifidir və impact factorlu əsərlərinə dünya üzrə yüzlərcə istinad verilmişdir. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir.
Xərçəng xəstəliyi istiqamətində Elmlər Doktorluğu proqramı üzrə tədqiqat aparmaqdadır.