ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılmış Tədris işləri və keyfiyyət təminatı üzrə komitənin sədr müavini

ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılmış Tədris işləri və keyfiyyət təminatı üzrə komitənin sədri müavini – Nigar Rüstəmova, tədris işləri üzrə prorektor filologiya üzrə fəlsəfə doktoru, dosent.
Fəaliyyəti dövründə ADMİU-nun Elmi Şurasının elmi katibi, Dissertasiya Şurasının elmi katibi, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti kimi Milli Məclisin III, IV, V çağırışlarında təhsil və elm sahələrində qəbul edilən qanunların hazırlanmasında yaxından iştirak etmişdir. Elm haqqında, Məktəbəqədər təhsil haqqında, Peşə təhsili haqqında, Ümumi təhsil haqqında Qanunların, Təhsil Qanununa edilən dəyişiklikliklər və digər sənədlərin hazırlanması zamanı təhsil qanunvericiliyinə aid mütərəqqi dünya təcrübəsindən faydalanmaq məqsədi ilə bir çox xarici universitet və beynəlxalq təhsil qurumları ilə əməkdaşlıq etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri vəzifəsində çalışaraq universitetin Avropa təhsil məkanına daha sürətlə inteqrasiya olunması, əmək bazarında tələb edilən yeni ixtisasların açılması, beynəlxalq təhsil proqramlarının yaradılması və s. məsələlərlə bağlı təkliflər hazırlamışdır. Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır.