INTERVIEW HELD WITH VICE-RECTORS OF BEU AS A PART OF ECAR PROJECT

Professor Hamzagha Orujov, Vice-Rector for Academic Affairs of Baku Engineering University (BEU); assoc. prof. Bayram Huseynzada, Vice-Rector for Educational Affairs, and Narmin Alakbarova,  Senior Specialist of International Relations and Project Management Department attended the meeting.  During the meeting, an interview with vice-rectors was also conducted.

The main goal of the project, in which BEU is a partner, is to achieve the establishment and development of close cooperation among universities and other partners. ECAR aims to support the internationalization of education, boost the role of higher education institutions in the digital and innovative economy, as well as to create a basis for the international representation of universities, and improve their competitiveness.

Within the framework of the project, an extensive study was conducted among heads of universities, academic staff, students, graduates, and representatives of the labor market, and as a result of this study, relations among higher education institutions, problems in education, and other issues were identified.

The ECAR project, covering 2021-2024, is an EU-funded Erasmus + KA2 capacity-building project. The coordinator of the project is Baku Business University.

Should be noted that, on October 4, 2021, an interview with the rectors of universities participating in the project is planned. After the completion of the study, a report and article will be published.

 

ECAR layihəsi çərçivəsində BMU-nun prorektorları ilə müsahibə keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Tərbiyə işləri üzrə prorektoru, dosent Bayram Hüseynzadə və universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) yaradılması layihəsi çərçivəsində keçirilən görüşdə iştirak edib. Görüş zamanı prorektorlarla müsahibə də gerçəkləşdirilib.

 

BMU-nun tərəfdaş olduğu layihənin əsas məqsədi universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına, inkişaf etdirilməsinə nail olmaqdır. ECAR təhsilin beynəlmilliləşməsinə, rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunun artırılmasına, eyni zamanda, universitetlərin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradılmasına, onların rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək verməyi hədəfləyib.

Layihə çərçivəsində universitet rəhbərləri, akademik heyət, tələbələr, məzunlar, əmək bazarı nümayəndələri arasında geniş tədqiqat aparılıb və bu tədqiqat nəticəsində ali təhsil müəssisələri arasın

 

da olan münasibətlər, təhsildə yaranan problemlər və digər məsələlər müəyyənləşdirilib.

2021-2024-cü illəri əhatə edən ECAR layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın artırılması layihəsidir. Sozügedən layihənin koordinatoru Bakı Biznes Universitetidir.

Qeyd edək ki, 4 oktyabr 2021-ci il tarixində isə layihədə iştirak edən ali məktəblərin rektorları ilə müsahibə planlaşdırılır. Tədqiqat tam yekunlaşdıqdan sonra hesabat və məqalə dərc olunacaq.