ONE WEEK TRAINING ORGANIZED BY CPU-PARTNER OF ECAR ERASMUS+ FROM FRANCE ARE ORGANIZED

On 22-26 November, the implementation of the second component dedicated to the study of the experiences of the European Rectors’ Conference has launched within the framework of the project aimed at establishing the Azerbaijan Rectors’ Conference, which is coordinated by Baku Business University and financed by the European Commission. The main goal of the second component is to study the experience of the European Rectors’ Conference, which is a project partner. For this purpose, a 30-person coordination committee consisting of representatives of partner universities was created. The first visit of the commission takes place in France on November 22-26. Thus, the meeting, organized by the French Conference of Rectors (CPU) and the French International Education Centre (FEI), will provide participants with detailed information on the French educational system and the role of the Conference of French Rectors in Higher Education, its organizational structure, funding mechanism, membership rules, strategic goals, international relations and CPU cooperation with other interested partners.

At the end of the visit, a visit to the University of Sarbon is also planned to explore the interaction of the CPU with universities.

 

ECAR+ERASMUS LAYİHƏSİNİN FRANSADAN OLAN TƏRƏFDAŞI CPU (FRANSA REKTORLAR KONFRANSI) TƏŞKİLATÇILIĞI İLƏ BİR HƏFTƏLİK TƏLİMLƏR TƏŞKİL EDİLİR

22-26 noyabr tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Azərbaycan Rektorlar Konfransının yaradılması məqsədini daşıyan layihə çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş ikinci komponentinin icrasına başlanılıb. İkinci komponentin əsas məqsədi layihə tərəfdaşı olan Avropa Rektorlar Konfransının təcrübəsini öyrənməkdir. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb. Komissiyanın ilk səfəri 22-26 noyabr tarixlərində Fransada keçirilməkdədir.

Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzi (FEİ)-nin təşkilatçılığı ilə həyata keçirilən bu görüşdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının ali təhsildə rolu, təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvülük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və       CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır. Səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər nəzərdə tutulur.