IN THE FRAMEWORK OF THE “ECAR” ERARMUS+ PROJECT, A BUSINESS VISIT TO FRANCE WAS COMPLETED ON NOVEMBER 22-26, 2021
On November 22-26, a 30-member delegation including representatives of the Ministry of Education of the Republic of Azerbaijan and representatives of other partner universities attended the event organized within the project funded by the European Commission and coordinated by Baku Business University.
The business meetings held during the visit were organized by the French Rectors’ Conference (CPU) and the French Center for International Education (FEI).
Jean Luc Nahel, the coordinator of the international relations of CPU, the former rector of the University of Rouen, gave detailed information to the guests about the French education system and the role of the CPU in higher education.
During the meeting, the representative of the organization in the European Union Carle-Bonafous Murat spoke in detail about European-French educational relations, emphasizing that the impact of the conference is beyond the borders of the country.
Marion Poutrel, program manager at the French Center for International Education (FEI), explained the basic principles of the CPU’s charter and legal status.
Emmanuelle Garnier, Chairman of the CPU Commission on the International Relations, and Jean Jaures, Rector of the University of Toulouse, briefed on the organizational structure of the CPU, the plenary session, and standing commissions specializing in various areas, and temporary working groups. He also noted that the CPU has a permanent staff of 20 rectors called CP2U, which organized meetings and determines the agenda of the CPU.
At the meeting, Manuel Bouard, the representative of the French Ministry of Higher Education, Research and Innovation, , together with Nijat Mammadli, the department head of the Ministry of Education of Azerbaijan, discussed cooperation and coordination directions between the French Ministry of Education and CPU.
In addition to this, they exchanged views on issues such as membership in the CPU, strategic planning, decision-making processes, and funding mechanisms.
During the visit, a visit to Sorbonne University, one of the oldest universities in France, was also organized.
“ECAR” ERARMUS+ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 22-26 NOYABR 2021-Cİ İL TARİXLƏRİNDƏ FRANSAYA İŞGÜZAR SƏFƏR BAŞA ÇATIB.
Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi layihə çərçivəsində təşkil edilmiş səfərə (22-26 noyabr) Azərbaycan Respublikası Təhsil Nazirliyi, tərəfdaş universitetlərin təmsilçilərindən ibarət 30 nəfərlik nümayəndə qatılıb.
Səfər çərçivəsində həyata keçirilən işgüzar görüşlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə baş tutub.
CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru, Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu barədə qonaqlara ətraflı məlumat verib.
Qurumun Avropa Birliyindəki təmsilçisi Carle-Bonafous Murat isə Avropa-Fransa təhsil münasibətləri haqqında danışıb, konfransın təsir gücünün yalnız ölkə hüdudları ilə məhdudlaşmadığını vurğulayıb.
FEI-nin proqram meneceri Marion Poutrel CPU-nun nizamnaməsi və hüquqi statusundan söz açaraq əsas prinsipləri izah edib.
CPU-nun Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri, eyni zamanda Toulouse Jean Jaurès Universitetinin rektoru Emmanuelle Garnier Fransa Rektorlar Konfransının təşkilati strukturu, həmçinin müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış daimi komissiyaları, müvəqqəti işçi qrupları haqqında informasiyaları iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, CPU-da görüşləri təşkil edən, onun gündəliyini müəyyənləşdirən 20 rektordan ibarət CP2U adlı daimi heyət fəaliyyət göstərir.
Görüşdə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli ilə birlikdə Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq, koordinasiya istiqamətləri üzrə müzakirələr aparıb. Bununla yanaşı, CPU-da üzvlük, strateji planlama, qərar qəbul etmə prosesləri, maliyyələşmə mexanizmləri və s. bu kimi məsələlər nəzərdən keçirilib.
Səfər çərçivəsində Fransanın ən qədim universitetlərindən biri olan Sorbon Universitetinə səfər də təşkil olunub.
Ölkəmizin ali təhsil ocaqlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri və AXC Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər. Bundan başqa, nümayəndə heyəti Azərbaycan-Fransa Mədəniyyət Evində təşkil edilən tədbirə də qatılıb.
Qeyd edək ki, 1971-ci ildə Fransanın Təhsil Nazirliyi tərəfindən yaradılmış CPU Fransa təhsil sistemində yüksək nüfuzu olan mötəbər təşkilatdır. 2007-ci ilədək CPU-nun prezidenti funksiyasını Fransanın təhsil naziri yerinə yetirib. 2007-ci ildə ali təhsil sahəsində aparılmış köklü islahatlar əsasında universitetlərin müstəqilliyi təsdiqlənib və CPU müstəqil quruma çevrilib.
CPU-nun əsas funksiyası Təhsil Nazirliyinin məsləhətçi orqanı olaraq fəaliyyət göstərməkdir. Belə ki, CPU Təhsil Nazirliyi ilə Fransa dövlət universitetləri arasında əlaqənin, fikir mübadiləsinin operativ şəkildə təmin edilməsində, problem və təkliflərin dəyərləndirilməsində əlaqələndirici funksiya daşıyır. Hazırda Fransanın akkreditasiya olunmuş 74 universiteti CPU-nun üzvüdür. Təşkilatın tövsiyələri nəzərə alınaraq ölkənin ali təhsil sistemi üzrə strateji yol xəritəsi müəyyənləşdirilir, islahatlar aparılır, ehtiyac duyulduğu təqdirdə təhsil qanunvericiliyinə dəyişikliklər edilir.