THE RECTORS’ CONFERENCE IS AN IMPORTANT TOOL FOR IMPROVING THE QUALITY OF HIGHER EDUCATION

On June 24, 2022, the next meeting was held within the framework of the Erasmus + project “Establishing of Rectors’ Conference in Azerbaijan”, coordinated by Baku Business University and funded by the European Commission. The meeting was attended by Deputy Minister of Education of the Republic of Azerbaijan Idris Isayev, Advisor to the Minister of Education Nijat Mammadli, 11 rectors, and other authorized representatives from the member universities of the project consortium. The main purpose of the meeting was to discuss the draft Charter of the Rectors’ Conference within the project and the work done so far in the project, as well as future work plans.

Opening the event, the Rector of Baku Business University Ibad Abbasov greeted the participants and conveyed his sincere congratulations on the occasion of the Armed Forces Day of the Republic of Azerbaijan on June 26. The rector spoke about our brilliant victory in the 44-day Patriotic War due to the courage of the glorious Azerbaijani army and the steel will and the iron first of our victorious Supreme Commander-in-Chief. Then the rector thanked the Ministry of Education for the great support in the implementation of the event. In his speech, Ibad Abbasov presented a number of important pieces of information about the implementation and success of the project.

Then, Deputy Minister of Education Idris Isayev thanked Baku Business University for organizing the meeting and spoke about the reforms in the field of education. The Deputy Minister spoke about the work done to improve the quality of education, increase the competitiveness of higher education, as well as strengthen the capacity of the academic staff and the tasks ahead. Touching upon the importance of the project “Establishment of Rectors’ Conference in Azerbaijan”, Idris Isayev said it would be useful in achieving these goals. Isayev said the project was a successful step in terms of strengthening coordination and cooperation in the higher education system, sharing positive experiences between higher education institutions, studying international experience, obtaining common proposals in decision-making, and having a common platform for discussions. I. Isayev also stressed the relevance of the committees proposed in the Rectors’ Conference to the education strategy. The Deputy Minister stressed the importance of higher education institutions to be closely involved in the project and contribute to it, and wished success to the meeting.

The project coordinator, Gulshan Bayramova, Director of the University-Industrial Cooperation Department of Baku Business University, made a presentation on the project implementation. G.Bayramova shared information about the purpose, goals, and action plan of the project with the participants. Then, she spoke about the activities carried out to date under the project, including research among higher education institutions and their results, and the analysis of needs. In conclusion, G.Bayramova presented proposals on the organizational structure and board of the Conference.

Rector of the Academy of the State Customs Committee Gulu Novruzov, Rector of Baku Engineering University Havar Mammadov, Rector of Baku Higher Oil School Elmar Gasimov, Rector of Odlar Yurdu University Ahmad Valiyev, Vice-Rector of Azerbaijan University of Languages Novruz Mammadov addressed the meeting. stressed the importance of Speakers discussing the structure, mechanism, and other issues of the Rectors’ Conference with questions and suggestions. Adviser to the Minister of Education Nijat Mammadli, who was closely involved in the project, said that the Rectors’ Conference was an important tool for better integration into the international process and challenges by achieving real results, and the project was successfully implemented in this direction.

In conclusion, Deputy Minister of Education Idris Isayev spoke about the results of the meeting and wished success to everyone.

 

REKTORLAR KONFRANSI ALİ TƏHSİLİN KEYFİYYƏTİNİN ARTIRILMASI ÜÇÜN MÜHİM VASİTƏDİR

24 iyun 2022-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çəçivəsində növbəti toplantı baş tutdu. Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan universitetlərdən 11 rektor və digər səlahiyyətli nümayəndələr iştirak etdilər. Geniş tərkibdə həyata keçirilən görüşün əsas məqsədi layihə çərçivəsində Rektorlar Konfransının Nizamnamə layihəsinin və layihədə indiyə qədər görülən işlər, eləcə də perspektiv iş planlarının müzakirəsi oldu. Tədbiri giriş sözü açan  Bakı Biznes Universitetinin rektoru İbad Abbasov toplantı iştirakçılarını salamladı və qarşıdan gələn 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə öz səmimi təbriklərini çatdırdı.  Rektor şanlı Azərbaycan ordusunun şücaəti və müzəffər Ali Baş Komandanımızın polad iradəsi və dəmir yumruğu hesabına 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdən söz açdı.  Daha sonra rektor tədbirin həyata keçirilməsində verdiyi böyük dəstəyə görə Təhsil Nazirliyinə öz dərin təşəkkürünü bildirdi. İbad Abbasov çıxışında sözügedən layihənin icrası və uğurları barəsində bir sıra mühüm məlumatları tədbir iştirakçılarının diqqətinə təqdim etdi.

Daha sonra Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək toplantının təşkili üçün Bakı Biznes Universitetinə təşəkkürünü bildirdi və təhsil sahəsində aparılan islahatlardan söz açdı. Nazir müavini təhsilinin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdən və qarşıda duran tapşırıqlardan bəhs etdi. İdris İsayev “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəminə toxunaraq qeyd edilən məqsədlərə nail olmaqda faydalı olacağını bildirdi. İ.İsayev ali təhsil sistemində koordinasiya və əməkdaşlığın gücləndirilməsi, ali təhsil müəssisələri arasında müsbət təcrübələrin bölüşülməsi, beynəlxalq təcrübələrin öyrənilməsi, qərarların qəbulunda ortaq təkliflərin əldə edilməsi və müzakirələr üçün vahid platformanın mövcudluğu baxımından layihənin uğurlu addım olduğunu və bu baxımdan Təhsil Nazirliyinin dəstəyini ifadə etdi. İ.İsayev həmçinin Rektorlar Konfrasının tərkibində təklif edilən komitələrin təhsil strategiyasına uyğunluğunu da vurğuladı. Nazir müavini ali təhsil müəssisələrinin layihədə yaxından iştirak edərək öz tövhələrini vermələrinin vacib olduğunu xüsusilə diqqətə çatdırdı və toplantının işinə uğurlar arzu etdi.

Layihənin koordinatoru Bakı Biznes Universitetinin Universitet-Sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihənin icrası haqqında geniş təqdimatla çıxış etdi. G. Bayramova layihənin məqsədi, hədəfləri və fəaliyyət planı barəsində məlumatları toplantı iştirakçıları ilə bölüşdü. Daha sonra o, layihə çərçivəsində bugünə qədər yerinə yetirilən fəaliyyətlər, o cümlədən ali təhsil müəssisələri arasında aparılan tədqiqatlar və onların nəticələri, ehtiyacların təhlili barədə danışdı. Yekunda G.Bayramova Konfransın təşkilati strukturu, idarə heyəti  barəsində təklifləri müzakirəyə təqdim etdi.

Toplantıda Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitinin rektoru Havar Məmmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov çıxış edərək layihənin ali təhsilin inkişaf etdirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından xüsusi önəm kəsb etdiyini vurğuladılar. Çıxışçılar Rektorlar Konfransının strukturu, fəaliyyət mexanizmi və digər məsələlər barəsində suallar və təkliflərlə müzakirələr apardılar. Müzakirələrdə layihənin işində yaxından iştirak edən nazir müşaviri Nicat Məmmədli çıxış edərək Rektorlar Konfrasnının real nəticələr əldə etməklə beynəlxalq proses və çağırışlara daha yaxşı inteqrasiya olunmaq üçün mühüm vasitə olduğunu və bu istiqamətdə layihənin uğurla həyata keçirildiyini qeyd etdi.

Yekunda Təhsil Nazirinin müavini İdris İsayev  toplantının yekunlarına dair çıxış edərək  hər kəsə uğurlar arzu etdi.