“AZƏRBAYCANDA REKTORLAR KONFRANSININ YARADILMASI” ADLI ERASMUS+ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ SƏFƏR BELÇİKADA YERLƏŞƏN EFMD GLOBAL QURUMUNA TƏŞKİL OLUNUB
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən EFMD Global qurumuna təşkil olunub. 12-17 dekbar tarixlərini əhatə edən tədbirin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti – rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidməti / DAAD-nin nümayəndələri iştirak edirlər. Səfər müddətində EFMD Global və digər Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti kimi olduqca mühüm mövzularda seminarlar və təqdimatlar keçiriləcəkdir. Həmçinin tədbir iştirakçılarının Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyi ilə Erasmus plus layihələri üzrə işgüzar görüşünün keçirilməsi nəzərdə tutulub.