Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim keçirilib
ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilir və Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı yaratmaqla universitetlər və bütün digər maraqlı tərəflər arasında milli şəbəkələşməni və əməkdaşlığı inkişaf etdirməkdir.
2023-cü ilin iyul ayında İspaniya Universitetləri Rektorlarının Konfransının (CRUE) təşkilatçılığı ilə Madrid şəhərində “Tələbə və məzunlar” mövzusunda təlim və seminarlarda iştirak etmiş layihənin “Tədris işləri” üzrə komitəsinin sədr müavini, ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova və layihənin “Tədqiqat və innovasiyalar” üzrə komitəsinin üzvü, ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva səfərdə əldə etdiyi təcrübə və məlumatları universitetin akademik və inzibati heyəti ilə bölüşüblər.
N. Rüstəmova və S.Əliyeva tədbirdə çıxış edərək, İspaniyanın ali təhsil sistemi, İspaniya Universitetləri Rektorlarının Konfransının fəaliyyətləri və tövsiyələri, İspan universitetlərində tələbə işləri üçün strateji planlar, fiziki məhdudiyyətli tələbələr üçün “İnklüziv Mobillik” haqda ətraflı məlumat veriblər.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
27.12.2023