Brüssel səfərinin ikinci günündə layihə konsorsiumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayənədələri 2 mühüm təlim-seminarda iştirak ediblər
“Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində 03-07 iyul tarixlərini əhatə edən Brüssel səfərinin ikinci günündə layihə konsorsiumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayənədələri 2 mühüm təlim-seminarda iştirak ediblər. Təlimlərdə “Belçikanın ali təhsil sistemində Flamand Universitetlərarası Şurasının rolu: Şuranın dövri nəşrləri” və “Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu: Şuranın dövri nəşrləri” kimi mühüm mövzular əhatə olunub. Təlimlərin məqsədi Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsi olub. Təlimlər Şuraların məsul şəxsləri dr. Koen Verlaeckt, dr. Sophie Dufays tərəfindən həyata keçirilib və yekunda qarşılıqlı müzakirələr, fikir mübadilələri aparılıb.