ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədrinin müavini
Professor Subhan N. Namazov 2002-ci ildən etibarən Azərbaycan Texniki Universitetində həyata keçirilən TEMPUS və Erasmus+ proqramları çərçivəsində icra edilən təhsil və tədiqiqat layihələrində aktiv iştirak etmişdir. Bunların sırasında NİZAMİ, CRENG, UNİCLAD, ECAR Erasmus+KA2 layihələrinin universitet üzrə koordinatoru, LMQS ERASMUS+KA2 layihəsinin fəal iştirakçısıdır.
O, AzTU-nun beynəlxalq əlaqələrinin inkişafına əsaslı tövfə vermişdir. Onun rəhbəriyi ilə bir neçə ixtisas üzrə təhsil proqramları Avropa təhsil proqramlarına uğurla uyğunlaşdırılmış və universitetdə yeni müasir ixtisaslar açılmışdır. AzTU-nun Gazi Universiteti və Ankara Universiteti, Almaniyanın Brandenburq Texniki Universiteti ilə ikili diplom layihələrinin təşkilində və həyata keçirilməsində aktiv şəkildə iştirak edir. Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində AzTU-nun 3 ixtisas üzrə pilot təhsil proqramlarının hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.
Professor Sübhan Namazov 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Elm-Təhsil İnteqrasiya Qtrant layihəsinin qalibi olmuş və layihə rəhbəri olaraq layihəni uğurla başa çatdırmışdır. O, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişaf” Qrant müsabiqəsinin qalibi olan layinənin koordinatoru olmuş və layihə uğurla başa çatdırılmışdır.
Sübhan Namazov respublikada ali təhsil sahəsində çoxsaylı komissiyalara sədr və üzv olaraq töhvə vermiş, həmçinin Azərbaycan və Türkiyə universitetlərinin akkreditasiyası proseslərində yaxından iştirak edir. 2018-2020-ci illərdə Avropa Ali Təhsil Ekspertlər qrupunun üzvü olmuşdur. Onun elmi rəhbərliyi ilə 6 nəfər fəlsəfə doktoru hazırlanmışdır.
Professor Sübhan Namazov 2001-2002-ci illərdə Almaniyanın DAAD təqaüdünü qazanaraq Almaniyanın Aaxen Texniki Universitetində qonaq-tədqiqatçı olaraq çalışmış, müxtəlif vaxtlarda Almaniyanın 10-dək universitetlərində yenidən təcrübə mübadiləsində iştirak etmiş, müsbət təcrübənin AzTU-ya tətbiqinə nail olmuşdur.
Sübhan Namazov 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adına, 2011-ci ildə “Qabaqcıl Təhsil İşçisi” döş nişanına layiq görülmüşdür.