ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Təlim-tərbiyə işləri üzrə komitənin idarə heyətinin sədr müavini
Gülçöhrə İbrahimova Qafqaz Universiteti Biznesin təşkili və idarə edilməsi üzrə bakalavr, Qafqaz Univesriteti İstehsal və xidmət sahələrinin idarə edilməsi (sənaye üzrə) ixtisası üzrə magistr pillələrində təhsil almışdır. 2013-2017-ci illərdə Qafqaz Universitetində Karyera Planlama Mərkəzində kiçik mütəxəssis və mütəxəssis vəzifələrində işləmişdir. 2017-ci il fevral ayından Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentində mütəxəssis işləmişdir. 2018-ci iyul ayının 1-dən Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentində direktor olaraq fəaliyyət göstərir. Bakı Mühəndislik Universitetin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin qurulmasında və inkişafında yaxından iştirak etmişdir. Karyera planlaması, insan resursları üzrə bir neçə yerli və beynəlxalq layihələrdə, təlim, master-klasslarda iştirak etmişdir.