“Tələbə və məzunlarla iş üzrə komitə”nin hibrid formatda iclası keçirilib
17 mart 2023-cü il tarixində Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)” adlı Erasmus+ layihəsi çərçivəsində təsis edilmiş “Tələbə və məzunlarla iş üzrə komitə”nin hibrid formatda iclası keçirilib. 20-yə yaxın ali təhsil müəssisəsindən məsul şəxslərin iştirakı ilə keçirilən iclasda Komitənin Əsasnaməsinin yekun rəy verilməklə qəbul edilməsi, Komitənin fəaliyyət planının təsdiq edilməsi, ali təhsil müəssisələri arasında keçiriləcək sorğunun məzmunun dəqiqləşdirilməsi, Komitənin fəaliyyət istiqamətlərinə uyğun layihələr barədə təkliflərin qiymətləndirilməsi kimi məsələlər əhatə olunub.