COOPERATION AGREEMENT SIGNED AT AUL IN THE FRAMEWORK OF THE ECAR PROJECT

Azerbaijan University of Languages (AUL) organized an information day within the frame of the ECAR project “Establishing Rectors’ Conference in Azerbaijan” as a part of the ERASMUS+ program.  The Rector of AUL, Academician Kamal Abdulla said that he was delighted to see the guests at his university.

The Rector appreciated the importance of the project and spoke about further

perspectives on AUL’s participation in the project. Professor Ibad Abbasov, Rector of Baku Business University, informed about meetings held at other universities within the ECAR framework and noted the importance of inter-university cooperation in our education.

Parviz Bagirov, head of the ERASMUS+ office praised AUL’s participation in the

project and touched on possible perspectives for the future. It was mentioned that exchange between higher education institutions in different fields is one of the important requirements of modern education.

Project Coordinator Gulshan Bayramova gave a presentation on the results of the work done within the project and issues planned for the next stage, especially cooperation, communication, and networking research in Azerbaijani higher schools.

Then the agreement on cooperation between Baku Business University and

Azerbaijan University of Languages was signed.

The meeting focused on information, staffing, organizing student exchanges, and the prospects for further cooperation.

 

ADU-DA ECAR LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA MÜQAVİLƏ İMZALANIB

Azərbaycan Dillər Universitetində (ADU) ERASMUS+ çərçivəsində ECAR  “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin məlumatlandırma günü təşkil edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Rektor layihənin əhəmiyyətini yüksək qiymətləndirib, ADU-nun layihədə iştirakının gələcək perspektivləri haqqında danışıb.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov ECAR  çərçivəsində digər universitetlərdə keçirilən görüşlərdən bəhs edib, təhsilimizin qarşısında dayanan yeni çağırışlar,  universitetlərarası əməkdaşlığın vacibliyi haqqında məlumat verib.

ERASMUS + ofisinin rəhbəri Pərviz Bağırov ADU-nun layihədəki iştirakını müsbət dəyərləndirib, gələcək mümkün perspektivlərə toxunub. Qeyd olunub ki, ali təhsil ocaqlarının bir-biri ilə müxtəlif istiqamətlərdə mübadiləsi müasir dövrün vacib təhsil tələblərindən biridir.

Layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülmüş işlərin nəticələri və növbəti mərhələdə icrası planlaşdırılan məsələlər, xüsusilə Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində aparılmış tədqiqatın nəticələrinə dair hesabatla çıxış edib.

Daha sonra Bakı Biznes Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalayıb. Görüşdə  informasiya, əməkdaşlar, tələbə mübadiləsinin təşkil edilməsi və gələcək əməkdaşlıq perpektivləri haqqında müzakirələr aparılıb.