ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılmış Tədris işləri və keyfiyyət təminatı üzrə komitə
ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılmış Tədris işləri və keyfiyyət təminatı üzrə komətinin sədr müavini, Dossent Qafarov Qabil Əmək fəaliyyətinə 2006-cı ildə “Azərsutikinti” ASC – də sədr köməkçisi olaraq başlayıb. 2007/2012-ci illərdə ASC-nin Smeta, Layihə, İstehsalat və Sənaye şöbəsini müdiri, 2012/2013-cü illərdə isə müəssisənin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2013-2015-ci illərdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Aparat rəhbəri vəzifəsində çalışıb. 2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində YAP mərkəzi Aparatının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərdiyi təqdimat əsasında ölkə Prezidenti cənab İlham Əliyevin seçki qərargahının üzvü seçilib. 2016-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən Odlar Yurdu Universitetində Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışır.