Lənkəran Dövlət Universitetində görüş keçirilib
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ ECAR layihəsi çərçivəsində 14.06.2023-cü il tarixində Lənkəran Dövlət Universitetində görüş keçirilib. Görüşdə Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov, layihənin koordinatoru Gülşən Bayramova, Lənkəran Dövlət Universitetinin prorektorları və Beynəlxalq şöbəsinin əməkdaşları iştirak edib. Həmin görüşdə layihənin gedişatı və görülmüş işlər barəsində danışılıb. Lənkəran Dövlət Universitetinin layihədəki xüsusi rolu qeyd olunub, əməkdaşları maraqlandıran suallar cavablandırılıb və lazimi məsələlər müzakirə olunub.