“Naxçıvan” Universitetində Tədris işləri və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib

“Naxçıvan” Universitetinin tərəfdaş olduğu Bakı Biznes Universitetinin koordinatorluq etdiyi ECAR “Erasmus+” layihəsi çərçivəsində Tədris işləri və keyfiyyət təminatı üzrə komitənin növbəti iclası keçirilib.
Layihə rəhbəri Gülşən Bayramova komitə iclasının təşkili haqqında, ADPU-nun Tədris işləri üzrə prorektoru, dos. Eldar Aslanov komitənin gündəliyində olan mövzular barədə iclas iştirakçılarını məlumatlandırıb.
İclasda komitənin funksiyaları, komitə sədrinin seçkisi barədə namizədlərin çıxışı tərəfdaşlara təqdim edilib, say komissiyasının yaradılması ilə bağlı səsvermə keçirilib. Eyni zamanda, yeni seçilmiş sədr müavinlərinin rəhbərliyi ilə 2024-cü il üçün görüləcək işlərin ilkin müzakirələri aparılıb.
01.03.2024