ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədri

Dos. Elchin SuleymanovTC Dokuz Eylül Universitetidə Maliyyə ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr, Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə dokrorantura pillələrində təhsil almışdır. 1996-2000-ci illərdə İqtisad kollecində ixtisas fənnləri müəllimi və müdir müavini, 2000-ci ildən müxtəlif ali məktəblərdə müəllim və baş müəllim olaraq fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayından Bakı Mühəndislik Universiteti İqtisadiyyat Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə 18 dekabr 2017-ci ildən Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektorudur.
Bir dərslik, beş dərs vəsaiti və dörd monoqrafianın həmmüəllifidir. 2014-2015 tədris ilində bir semestr Niderland Krallığının Groningen Universitetində, 2018-ci ildə bir semestr ABŞ-da University of Maryland , College Park-da təlim və tədqiqat məqsədi ilə elmi ezamiyyətdə olmuşdur. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu və Dünya İqtisadi Tədqiqatı kimi bir sıra mötəbər qurumun ekspertidir.
16 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən ilk dəfə keçirilən “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi olmuş, xüsusi hazırlanmış adlı medal və diplom təqdim olunmuşdur. 1-3 sentyabr 2021-ci il tarixlərində Şimali Kipr Türk Respublikasında keçirilən VII. Beynəlxalq TURKCESS konqresində konfrans təşkilatçılarının qərarı ilə Türk Dünyası ilə əlaqədar çoxsaylı tədqiqatlarından dolayı “Türk Dünyasına Xidmət Mükafatı” təqdim edilmişdir. Məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling ,Economies, Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact factorlu elmi jurnallarda nəşr olunmuşdur. Eyni zamanda dos. Elçin Süleymanov Web of Science və Scopus sisteminə daxil edilən iyirmiyə yaxın elmi jurnalın resenzisti olaraq səksəndən çox məqalənin rəyçisi olmuşdur.