ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan ” Strateji inkişaf” adlı komitənin İdarə heyətinin sədr müavini

Faina Qaçabəyova 2015-ci ildən etibarən ali təhsildə beynəlxalq əməkdaşlıq və layihələrin idarəedilməsi istiqamətində əmək fəaliyyətinə başlamış, Birləşmiş Millətlər Ümümdünya Turizm Təşkilatı, Birləşmiş Millətlər İnkişaf Proqramı, Lüsern Dünya Turizm Forumu, Romualdo del Bianco Fondu və s. kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıqları koordinasiya etmişdir.
Hazırda o, ATMU-da keyfiyyət təminatı işinin, o cümlədən keyfiyyət təminatı işinin planlaşdırılması, universitetin strateji inkişaf planın icrasının monitorinqi, xarici akkreditasiya işinin koordinasiyası, daxili proseslərin təkmilləşdirməsi işində dəstəyin göstərilməsi kimi işlərini icra edir. Eyni zamanda, o, Ümümdünya Turizm Təşkilatının TedQual akkreditasiyası, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə sertifikasiyası işinin təşkili kimi məsələləri icra edir. Faina Qaçabəyova çalışdığı ali təhsil ocağında müxtəlif dövrlərdə “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)”, British Council tərəfindən maliyyələşdirildiyi Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı, “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən pilot kursları (PİCASP)” kimi layihələri də koordinasiya etməkdədir.
O, ATMU və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin birgə həyata keçirdiyi Azəbaycanda ilk ikili diplom (Azərbaycan-Avstriya İkili Diplom Proqramı, AATP) proqramının məzunudur. F. Qaçabəyova həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universitetinin “Təhsil və insan kapitalının inkişafı” adlı birgə ikili diplom proqramı üzrə ikinci magistratura təhsilini bitirmək üzərədir.
2019-cu ildən etibarən Faina Qaçabəyova AATP proqramında “Mədəniyyətlərarası səriştə” fənninin tədrisini həyata keçirir.
Faina Qaçabəyova ABŞ-ın NAFSA – Beynəlxalq Pedaqoqlar Assosiasiyası tərəfindən 2022-ci ildə keçirilmiş konfransa təqdim edilmiş materialların rəyçisi, eyni ildə Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş EU4Culture layihəsində Goethe İnstitutu ilə əməkdaşlıq əsasında Azərbaycan üzrə təqdim edilmiş layihə təkliflərin rəyçisi qismində çalışmışdır. O, həmçinin Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosasiyası adlı təşəbbüs qrupunda idarə heyətinin üzvüdür.