Naxçıvan Dövlət Universitetində tərəfdaş olduğu ECAR Tədris İşləri Komitəsinin iclası keçirilib

Naxçıvan Dövlət Universitetində Avropa İttifaqının maliyyə dəstəyi ilə və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması (ECAR) Layihəsi” çərçivəsində pilot olaraq yaradılmış Tədris İşləri Komitəsinin iclası keçirilib.
İclasda layihə koordinatoru, Bakı Biznes Universitetinin Universitet-Sənaye İş Birliyi Şöbəsinin müdiri Gülşən Bayramova, layihə çərçivəsində görülən işlərə dair qısa hesabatla çıxış edərək, layihəyə 15 tərəfdaş universitetin qoşulduğunu, ümumilikdə, üzv və assosiativ üzvlərin sayının 23-ə çatdığını vurğulayıb.
Tədris İşləri Komitəsinin fəaliyyətinin hesabatında ali təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, tədqiqatların istiqamətlərinin düzgün seçilməsi, elmi tədqiqat saatlarının artırılması kimi məsələlər öz əksini tapıb.
29.02.2024